21 
İyn
2017
16:55
41
302
14923
Virtual karabakh

Emin Çölaşan: Türkiyədə evlilik verilişindəki azərbaycanlılar buna görə pul alır

21 İyn, 2017
16:55
14923

Emin Çölaşan: Türkiyədə evlilik verilişindəki azərbaycanlılar buna görə pul alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli məşhur köşə yazarı Emin Çölaşan ölkəsində yayımlanan evlilik verilişləri haqda tənqidi yazı hazırlayıb.

Oxu.Az-ın xəbərinə görə, məqalədə qeyd olunur ki, iştirakçılar proqrama pul qarşılığında dəvət olunur, onlar buna görə hər ay telekanaldan maaş alır və canlı yayımda baş verənlər öncədən ssenariləşdirilir. Hətta studiyada ön sırada əyləşənlər proqramın əsas fiqurlarından sayılır, onların hotel xərcləri, kirayə pulu və s. ödənilir. Verilişə marağı artırmaq üçün Azərbaycan, Türkmənistan, İran və digər ölkələrdən iştirakçılar dəvət olunur. Onların məqsədi isə efirdə görünüb məşhur olmaq, film və seriallarda kiçik rol almaq, reklama çəkilməkdir. 

Xatırladaq ki,  “ATV”, “Star”, “Show TV” telekanallarında yayımlanan həmin proqramlarda Azərbaycandan olan iştirakçılardan verilişi tərk edən və hazırda iştirakını davam etdirənlər də var. Buna misal olaraq model Əli Əkbər, qalmaqallı iştirakçı Naz Mila, cinsiyyətini dəyişdirdiyi iddia olunan Esmira, 4 dil bilən Gülnarə, Oksford Universitetini bitirdiyini deyən Kamilla və digərlərini misal göstərmək olar.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri