22 
İyn
2017
11:21
14
67
5161
Virtual karabakh

Səmra Rəhimlidən yeni klip: Biz qeyri-adi iş gördük – VİDEO

22 İyn, 2017
11:21
5161

Səmra Rəhimlidən yeni klip: Biz qeyri-adi iş gördük – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eurovision - 2016” təmsilçimiz Səmra Rəhimli “Badminton” adlı rus dilində ifa etdiyi mahnıya çəkilən klipini təqdim edib. Bu, adıçəkilən müsabiqədə iştirakından sonra müğənninin ilk işidir.

Oxu.Az xəbər verir ki, bəstənin söz və musiqisi Boqdana aiddir, klipin rejissoru isə Fərhad Əlidir.

“Başda anam olmaqla, bütün komandama “çox sağ ol” deyirəm. Biz qeyri-adi, keyfiyyətli və maraqlı iş gördük. Bu, hamımızın uğurudur”, - deyə ifaçı sosial şəbəkədə yazıb.

Ekran işində fitnes-model Fövqi Əfəndiyev və “Alarm dance crew” rəqs qrupu da yer alıb.

Xatırladaq ki, Səmra Rəhimli “O Səs Türkiyə” və “Səs Azərbaycan” layihələrinin iştirakçısı olub. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsində “Miracle” adlı mahnı ilə təmsil edib və final mərhələsində ölkəyə 17-ci yeri qazandırıb.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri