22 
İyn
2017
14:44
27
17
7033
Virtual karabakh

Lətifə Soyuöz: Ailəmi dağıdan qadını tapdım, gördüm ki...

22 İyn, 2017
14:44
7033

Lətifə Soyuöz: Ailəmi dağıdan qadını tapdım, gördüm ki...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan müğənni Lətifə Soyuöz şəxsi həyatı barədə açıqlama verib.

Oxu.Az xəbər verir ki, o, boşandıqdan sonra həyatında böyük dəyişikliklərin olmadığını söyləyib.

“Bircə o dəyişdi ki, şəxsiyyət vəsiqəmdə “evli” sözü daha yazılmır. Necə idimsə, elə də qalmışam. Kədərləndiyim məqamlar oldu. Güvən hissi bir qədər məhv oldu. Sonra düşündüm ki, insanlara güvənmək lazımdır. Kimdəsə alınmayıbsa, ikinci dəfə də ailə qura bilər. Növbəti dəfə xəta etmək istəmirəm. Amma, əlbəttə ki, sevgi ilə bağlı qığılcımlar olur. Baxıram ki, ola bilər. Düşündüyüm insanlar var. Ancaq bu, gələcəyin işidir”.

Boşanmasına səbəb olan insandan danışan müğənni peşman olmadığını vurğulayıb: “Ortada 10 illik bir ailə həyatım var idi. Əlbəttə ki, həmin qadının kimliyi mənə maraqlı idi. Tapdım. Gördüm ki, heç də peşman olmamalıyam. Üzülməyimə dəyməz. Düşünürəm ki, bu, həyat yoldaşımın səhvi idi. Mən ona xoşbəxtlik arzulayıram. Çünki xoşbəxt olmağa layiq insandır. Ola bilsin, alınmadı”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri