23 
İyn
2017
15:30
181
85
17597
Virtual karabakh

ATV-nin aparıcısı ərindən yaşca böyük olmadığını belə sübut etdi – FOTO

23 İyn, 2017
15:30
17597

ATV-nin aparıcısı ərindən yaşca böyük olmadığını belə sübut etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı İlqar Mikayıloğlu həyat yoldaşı, vəkil, aparıcı Zülfiyyə Bayramova ilə Misirə istirahətə yollanıb.

Oxu.Az xəbər verir ki, məşhur cütlük gəzinti zamanı lentə alınan fotoşəkilləri sosial şəbəkədə paylaşıb.

İzləyiciləri Z.Bayramovanın həyat yoldaşından yaşca böyük olması ilə bağlı şərhlər yazıb. Z.Bayramova söz-söhbətə son qoymaq üçün əri ilə özünün şəxsiyyət vəsiqəsinin fotoşəklini paylaşaraq bunları qeyd edib:

“Narahatlığa son qoyuram. Gördüyünüz kimi, İlqar məndən böyükdür. Bu qəbildən olan insanlar, siz də baxın. Amma bir şeyi unutmayın ki, özündən kiçik olan kişilərlə evlənib xoşbəxt olan qadınların haqqına girirsiniz. Nə din, nə də qanun bunu qadağan etmir. Hz.Məhəmməd özündən böyük Xədicə ilə evləndi, ona pis baxırsınız?”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri