23 
İyn
2017
18:37
29
321
16844
Virtual karabakh

Şəbnəm Tovuzlu: 15 yaşımda bildim ki, anam... – VİDEO

23 İyn, 2017
18:37
16844

Şəbnəm Tovuzlu: 15 yaşımda bildim ki, anam... – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Şəbnəm Tovuzlu (Əsədova) maraqlı açıqlamalar verib.

Oxu.Az-ın ölkə.az-a istinadən verdiyi məlumatına görə, o, ilk olaraq 18 yaşında evlənməsindən danışıb:

“Həyatım hind filmi kimi olub. 15 yaşımda bildim ki, anam xalamdır, atam əmimdir. Atam üçün heyifslənmədim. Əslində ona çox hirsli oldum. Anam üçün çox ağladım. Atam da ağladı və dedi ki, ömrümü sənə bağlamışam. Ailə qurmamışam, artıq 15 ildir. Atama dedim ki, çox istəyirəm məni məzarlığa aparasan. Əlimdən tutub məzarlığa apardı, orada da ağladım. Amma yenə özümü saxladım ki, onlara bildirməyim. 18 yaşımda Bakıda ailə qurdum. Sevərək ailə qurdum, hətta qoşulub qaçdım. Elə oldu ki, 20 günün içində evləndim. Anlaşılmazlıq üzündən boşandıq. İkimiz də uşaqlıq etdik. Bugünkü həyatıma baxanda deyirəm ki, yaxşı ki boşanmışam. Keçmiş yoldaşım çox maraqlı insan idi. Mənə dedi ki, sənə heç maraqlı deyil atan kimdir? Bir gün dedi ki, dur geyin gedək. Atamla məni görüşdürdü. Bizi görüşdürəndə atam mənə dedi ki, anana çox bənzəyirsən. Atama heç vaxt qanım qaynamadı. O hissi yaşamadım, ata deyə bilmirəm ona. Mən məni böyüdənləri valideynlərim kimi qəbul edirəm. Amma faktiki atam dedi ki, səni görməyə imkan vermirdilər. İnanmadım”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri