24 
İyn
2017
23:18
94
464
12983
Virtual karabakh

Nikol Şerzinger Bakıda konsert verdi – FOTO + VİDEO

24 İyn, 2017
23:18
12983

Nikol Şerzinger Bakıda konsert verdi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 24-də Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən Formula-1 Şəhərciyinə toplaşıblar.

Oxu.Az xəbər verir ki, Formula-1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Nikol Şerzinger Bakıda səhnəyə çıxıb. Öz gözəl səsi və ifaları ilə Formula-1 Şəhərciyinə toplaşanlara maraqlı anlar yaşadan müğənni öz hit mahnılarını səsləndirərək Bakı tamaşaçısına unudulmaz anlar yaşadıb.

N.Şerzinger “Pussycat Dolls” qrupunun solisti olan zaman bu kollektivin "Grammy" musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo olmaqla, ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekorduna sahib olub.

A.M.

Foto, Video: Elvin Əhmədov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri