26 
İyn
2017
17:21
409
104
14082
Virtual karabakh

Emin Ağalarov: Tramp klipimin aktyoru olub – VİDEO

26 İyn, 2017
17:21
14082

Emin Ağalarov: Tramp klipimin aktyoru olub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Emin Ağalarov xarici KİV-ə verdiyi müsahibədə Trampın onun klipində çəkilməsindən danışıb.

Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Ağalarov Trampla çoxdan dostlaşdığını bildirib:

“Biz “Dünya gözəli” konkursunu keçirməyə hazırlaşırdıq. Donald Tramp konkursun sahibi idi. Elə həmin vaxt hazırlıqlar ərəfəsində biz onunla dost olduq. Mən də düşündüm ki, bu cür tanışlığın ola, 90 dünya gözəli qızı görəsən və klip çəkməyəsən. Mən bu ideyamı Trampa danışdım və o, sadəcə buna nə qədər vaxtın lazım olduğunu soruşdu. Mənsə, dedim ki, 15 dəqiqədən çox olmaz və biz razılaşdıq. Çəkilişi səhər saat 8-ə təyin etdik. Biz Tramp gələnə qədər məşq etdik. Tramp gəldi və nə etməli olduğunu soruşdu. Mənsə dedim ki, “Hər şey çox asandır, cənab Tramp, siz sadəcə məni qovmalısınız”.

O, isə cavab verdi: “Oldu, mən bunu bacarıram!”.

Ağalarov Trampın onun klipində iştirak etməsini bir tarixi hadisə saydığını bildirib: 

“Tramp stula əyləşdi və cəmi bir dubla məni qovdu... İndi isə bu bir tarixə çevrilib. ABŞ-ın hazırkı prezidenti mənim klipimin aktyoru olub”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri