29 
İyn
2017
17:32
116
351
29266
Virtual karabakh

Yaxta gəzintisində batan azərbaycanlı modelin meyiti tapıldı – YENİLƏNİB

29 İyn, 2017
17:32
29266

Yaxta gəzintisində batan azərbaycanlı modelin meyiti tapıldı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan qeyd olunub ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılır.
Qeyd edək ki, G.Mirzəyeva dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. G. Mirzəyeva boğulub. Onun meyiti sudan çıxarılıb.
Xatırladaq ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olub.

E.Ə.

www.oxu.az

***

16:31

Nəzarətdə olan çimərlik ərazilərində suda batmaq təhlükəsi olan 14 nəfər, qeyri-çimərlik ərazilərində 4 nəfər xilas edilib.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət  Xidmətinin Xilasetmə və Dalğıc İşləri üzrə Şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib.

E.Həsənov bildirib ki, nəzarət olan sahələrdə xilasedicilər, təcili tibbi yardım fəaliyyət göstərir: “İnsanların təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür.  Xidmətin nəzarətində olan hissələrdə suda batma halları qeydə alınmayıb”.

E.Həsənovun sözlərinə görə, “Miss Lafarella” insternet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi Günel Mirzəyeva da nəzarətsiz hissədə batıb: “Qeyd etdiyim kimi, xidmətin nəzarətində suda batma halı olmayıb”.

Nazirlikdən bildirilib ki, nəzarətsiz qalan hissədə batma halları rübün yekununda açıqlanacaq.

Qeyd edək ki, bu gün G.Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.

A.S.

www.oxu.az

***

15.06

Bakıda dənizdə batan modelin meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya bildirilib ki, bu gün Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.

Xatırladaq ki, G. Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.

E.Ə.

www.oxu.az

***

13:42

Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçılarından olan Günel Mirzəyeva vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Günelin tanışları məlumat yayıb.

Onun rəfiqələrindən biri 1news.az-a söhbət zamanı qızın üzə bilmədiyini deyib.  

“Bu, əsasən, bağ evlərinin sakinlərinin yığışdığı  “vəhşi” çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, bu isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir”, - agentliyin həmsöhbəti bildirib. 

Bildirək ki, Günelin ölümü ilə bağlı rəsmi orqanlara heç bir məlumat daxil olmayıb.  

“Bunun həqiqət olduğuna inana bilmirəm. inana bilmirəm ki, sən artıq yoxsan! Bizim ən şən, həyatsevər qızımız. Sən həyatı çox sevirdin, planlar qururdun, hər zaman gülürdün. Yardımsevər qızımız. Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, sən sağsan və bizimlə zarafat etmək istəmisən. İnanmaq istəmirəm! Sən belə ölümə layiq deyilsən! Sənə “əlvida” demək istəmirəm, sən hər zaman mənim qəlbimdə yaşayacaqsan... Bizim sevimli Günelimiz”, - Nailə Sultanova adlı rəfiqəsi yazıb.

“Axı niyə? Necə?! Axı niyə səni xilas edə bilmədilər?! İnanmıram! Bu haqda danışmaq istəmirəm! Aman Allah. Günel əbədi olaraq bizim xatirələrimizdə yaşayacaq”, - sosial şəbəkə istifadəçisi İmran Dadaşov yazıb. 

Günel ilə tanış olan sosial şəbəkə istifadəçiləri onun boğularaq öldüyünü bildiriblər. 

Xatırladaq ki, Günel Mirzəyeva “Miss Lafarella” layihəsinin iştirakçısı olub. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri