İyl
2017
11:47
29
147
8906
Virtual karabakh

Xalq artisti ölümlə mübarizə aparır

5 İyl, 2017
11:47
8906

Xalq artisti ölümlə mübarizə aparır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyükxanım Əliyeva hazırda Semaşko xəstəxanasının reanimasiya şöbəsindədir. Qan vurulur. Həkimlər qanaxmanı dayandırmağa çalışırlar. Mənfi rezuslu üçüncü qrup qana böyük ehtiyac var. Xalq artistimizə kömək lazımdır. Donorluq etmək istəyənlərdən xahiş edirik ki, xəstəxanaya müraciət etsinlər.

Oxu.Az-ın teleqraf-a istinadən verdiyi məlumata görə, Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor və rejissor Qurban Məsimov aktrisanın  vəziyyətinin yavaş-yavaş yaxşılığa doğru getdiyini söyləyib: “Xalq artistimiz hazırda ciddi şəkildə müalicə alır. Şükür, vəziyyəti stabildir. Lakin həkimlər xeyli qana ehtiyac olduğunu deyiblər. Onlar xalq artistinin hemoqlabinini qaldırmağa çalışırlar. Qorxulu bir şeyin olmadığını söyləsələr də, biz çox narahatıq”.

Qurban Məsimov Böyükxanım xanımın 2 gün əvvəl vəziyyətinin pisləşdiyini bildirib: “Onun vəziyyəti 2 gün bundan öncə pisləşdi və biz onu dərhal xəstəxanaya apardıq. Həkimlər onikibarmaq bağırsaqda yerləşən yaranın qanadığını və qanaxmanın təhlükəli olduğunu bildirdilər. Ordakı kapilyarlardan biri partlayıb və nəticədə belə güclü qanaxma başlayıb. Mədəsində olan yara buna səbəb olub”.

Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın müalicəsi hazırda davam edir.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri