İyl
2017
11:40
34
217
24958
Virtual karabakh

“Vicdan haqqı“ serialının İmranı xəstəxanaya yerləşdirildi

7 İyl, 2017
11:40
24958

“Vicdan haqqı“ serialının İmranı xəstəxanaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rövşən İsaxın rejissoru və ssenari müəllifi olduğu “Vicdan haqqı“ serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist İlham Hüseynov bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, artroz xəstəliyindən əziyyət çəkən aktyor Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Korpusunda əməliyyat olunacaq. Cərrahi əməliyyatı ATU-nun Tədris Cərrahiyyə Klinikasının Travmotologiya və Ortopediya şöbəsinin müdiri, doktor Cəfər Nəsirli həyata keçirəcək.

İlham Hüseynov səhhəti ilə bağlı Oxu.Az-a müsahibəsində bildirib ki, çanaq oyanğında qığırdağın yeyilməsi prosesi gedir. Onun sözlərinə görə, əməliyyat əvvəlcə sağ çanaq oynağı, payız aylarında isə sol çanaq oynağında aparılacaq. 

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri