İyl
2017
17:45
187
23
8445
Virtual karabakh

Əməliyyat olunan Əməkdar artistin həkimi açıqlama verdi

7 İyl, 2017
17:45
8445

Əməliyyat olunan Əməkdar artistin həkimi açıqlama verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Vicdan haqqı“ serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist İlham Hüseynov bu gün əməliyyat olunub.

Oxu.Az xəbər verir ki, artroz xəstəliyindən əziyyət çəkən aktyorun cərrahiyyə əməliyyatını Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmotologiya və Ortopediya şöbəsinin müdiri, doktor Cəfər Nəsirli həyata keçirib.

Əməliyyat bir neçə dəqiqə əvvəl başa çatıb.

Aktyorun həkimi C.Nəsirli xəstənin səhhəti barəsində Oxu.Az-a müsahibə verib.

“Əməliyyat uğurlu keçdi, hazırda xəstə reanimasiya şöbəsindədir. Sabah isə palataya köçürüləcək”, - deyə o bildirib.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri