11 
İyl
2017
18:15
34
185
10084
Virtual karabakh

Əməliyyatdan çıxan əməkdar artistə təcili qan lazımdır

11 İyl, 2017
18:15
10084

Əməliyyatdan çıxan əməkdar artistə təcili qan lazımdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 7-də Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunan “Vicdan haqqı” serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynova təcili qan lazımdır. Əldə etdiyimiz məlumata görə, aktyora  3+ rezurslu qan köçürülməlidir.

Oxu.Az xəbər verir ki, aktyor yenicag.az-a açıqlamasında səhhətinin yaxşı olduğunu, lakin qanazlığından əziyyət çəkdiyini deyib: 

“Beş gündür ki, palataya köçürülmüşəm. İndi yaxşıyam. Qanım az olduğu üçün ayağa duranda başım hərlənir. Qan vurulacaq”.

Cərrah Cəfər Nəsirli də saytımıza açıqlamasında aktyorun qanazlığından əziyyət çəkdiyini deyib: “Əslində, İlham Hüseynovun əməliyyatdan öncə də qanazlığı problemi olub. Onun qana ehtiyacı var. Səhhəti yaxşıdır, iki-üç günə evə buraxılacaq”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri