12 
İyl
2017
14:24
21
305
17292
Virtual karabakh

Aygün Bəylər anasını döyüb? – AÇIQLAMA

12 İyl, 2017
14:24
17292

Aygün Bəylər anasını döyüb? – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Aygün Bəylərin ailəsi haqda şok məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, müğənniyə yaxın mənbənin PrimeTime.Az-a verdiyi məlumata görə, Əməkdar artist hazırda həbsdə olan qardaşı Abbas Hümmətovu cəzaçəkmə müəssəsində təknəfərlik kameraya köçürüb. Bunun üçün isə həftəlik 400 manat pul tələb olunub. Məbləği ödəyə bilməyən müğənni anasına müraciət edib. Anasından mənfi cavab alan A.Bəylər onu döyüb.

Müğənni iddialara belə cavab verib: “Qardaşımın cəzası ilə maraqlanan dövlət, aidiyyəti qurumlar var. Mənə niyə belə suallar verirsiniz? Mən öz başımı güclə dolandırıram. Qardaşımın cəzası var, getsin, cəzasını çəksin. Əvvəla, mənim kimi bacısı var idi, gərək birinci özümə deyərdi. Deməyibsə, bu, onun günahıdır. Heç bir bacı nə qardaşına, nə da bacısına cavabdehdir. Kimin ağlına nə gəlirsə, onu deyir. Xeyr, elə şey yoxdur. Kim də deyir, başından böyük qələt edir. 

Məni həbs ediblər məgər? Nədən danışmalıyam? Qardaşım özü bilər. Bu barədə heç kimə hesabat verməyəcəm. Təbii ki, qardaşımın arxasınca getmək borcumdur. Yanına getməsəm də, yeməyini, çörəyini alıb göndərirəm”. 

İddialar arasında uzun zamandır narkotik vasitələrinin aludəçiliyində adı hallanan əməkdar artistin qazandığı bütün gəlirləri bu zərərli vərdişinə xərclədiyi də yer alıb. Məsələ ilə bağlı müğənni dəfələrlə mətbuata açıqlama verib. O, açıqlamalarında iddiaları təkzib edib. 

Müğənniyə yaxın mənbə onu da qeyd edib ki, əməkdar artistin anası bir müddət öncə insult keçirib və yaddaşında problemlər yaranıb. Maraqlı olan digər məqam isə ailənin digər qızı haqdadır. Belə ki, müğənninin ailəli olan bacısı öz qaynından uşaq dünyaya gətirib və bundan da həyat yoldaşının xəbəri var.

Qeyd edək ki, Aygün Bəylərin qardaşı Abbas Hümmətov öz əmisi nəvəsi Elnur Hümmətovu öldürməkdə təqsirli bilinir. Elnur Hümmətov 2013-cü il iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və onun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub. E.Hümmətov həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov və müğənninin qardaşı Abbas Hümmətov tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri