13 
İyl
2017
15:11
106
19
3409
Virtual karabakh

Kamran Ağabalayev Türkiyədə filmə çəkilir

13 İyl, 2017
15:11
3409

Kamran Ağabalayev Türkiyədə filmə çəkilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tərkedilmiş” filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında “Ən yaxşı aktyor” nominasiyasında mükafata layiq görülən azərbaycanlı aktyor Kamran Ağabalayev növbəti dəfə Türkiyə istehsalı olan filmdə rol alacaq.

Oxu.Az xəbər verir ki, “Kardeşim benim 2” adlı filmdə onun tərəf müqabilləri Türkiyənin məşhur aktyorları Burak Özçivit və Murad Boz olacaq.

“Filmin çəkilişləri artıq başlayıb. Mənim rol alacağım səhnələr isə ayın 16-dan etibarən çəkiləcək. Müqaviləyə əsasən, ssenari və canlandıracağım obraz barədə bundan artıq məlumat verə bilmərəm”, - deyə Kamran Ağabalayev Oxu.Az-a açıqlama verib.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, filmin təqdimatı noyabrın 24-nə planlaşdırılır. 

Aytən Sadıqzadə
www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri