17 
İyl
2017
17:24
173
259
35898
Virtual karabakh

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu (Əsədova) avtomobil qəzası keçirib.

Oxu.Az-ın əməkdaşı bununla bağlı müğənninin prodüseri Cəmilə xanımla əlaqə saxlayıb.

O, faktı təqsdiqləyib:

“Bakı-Ələt yolunda qarşıdan gələn avtomobil düzgün dönmə hərəkəti etmədiyi üçün bizim avtomobillə toqquşdu. Mən arxada, Şəbnəm xanım isə öndə əyləşmişdi. Ona görə burnu və alnı yüngül zədələndi. Hadisənin təsirindən güclü şok keçirmişdi. Mən, sürücü və Şəbnəm xanım xəstəxanada müayinə edildikdən sonra evə buraxıldıq. Şükür olsun ki, qəza zamanı nə biz, nə də qarşı tərəfdən ciddi xəsarət alan olmadı”.

11.02

Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb. 

Oxu.Az big.az-a istinadla xəbər verir ki, qəflətən qarşısına çıxan “VAZ 2107” markalı avtomobillə toqquşan “Mercedes Viano” markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub. 

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bu gün Şəbnəm Əsədovanın Mingeçevirdə “Sərin, sərin” adlı solo konserti baş tutmalı idi.

A.S.
www.oxu.az

 

Digər Şou-biznes xəbərləri