17 
İyl
2017
13:34
537
52
18229
Virtual karabakh

Əli Mirəliyev: Onu Azərbaycan vətəndaşlığından çıxarmaq lazımdır! – QALMAQAL

17 İyl, 2017
13:34
18229

Əli Mirəliyev: Onu Azərbaycan vətəndaşlığından çıxarmaq lazımdır! – QALMAQAL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bu qızın 24 yaşı var, artıq boşanıb. Utanmır, çıxıb orada millətini, xalqını təhqir edir. Belə adamlar bir günlük kef üçün hər şey edən adamlardır. Bu tip insanlar xalqımızın adını batırır. Onu Azərbaycan vətəndaşlığından çıxarmaq lazımdır, sonra gedib nə istəyir, etsin. Bizə belə adamlar lazım deyil".

Oxu.Az xəbər verir ki, müğənni Əli Mirəliyev Türkiyədə evlilik proqramı ilə gündəmə gələn Naz haqqında danışarkən belə deyib.

Səslənən fikirlərlə əlaqədar goldnews.az-a açıqlama verən Naz azərbaycanlı müğənnini kəskin tənqid edib: “O kişi həmişə baxır ki, unudulur, kimsə üzünə baxmır, gündəmdə olanlara sataşır ki, gündəmə gəlsin. O ki qaldı baş ucaltmağa, özü guya başımızı ucaltmaq üçün nə edib? Mənim dərdimi çəkəcəyinə gedib xeyirli bir iş görsün. Yazıqlar, yəqin, çabalayırlar ki, Türkiyə gündəminə düşsünlər. Mənim adımdan istifadə etmək istəyirlər. Vətəndaşlıqdan çıxmağa qalsa, ətrafına baxsa, o ada layiq bir çox insan görəcək. Bir də qeyd edim ki, adımla özünü vacib adam kimi göstərməsin. Ona gündəmdə qalmaq üçün ikinci cavab gəlməyəcək. 24 yaşda boşanan bir tək mən deyiləm. Yenə deyirəm, şəxsi həyatımı necə yaşayacağıma kimsə qarışa bilməz”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri