24 
İyl
2017
13:52
375
50
14968
Virtual karabakh

Xalq artisti ölkəni həmişəlik tərk etdi

24 İyl, 2017
13:52
14968

Xalq artisti ölkəni həmişəlik tərk etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddətdir ki, Türkiyədə qızının yanında yaşayan Xalq artisti, tanınmış aktrisa Kubra Əliyeva Azərbaycana qayıdıb.

Oxu.Az Yenicag.az-a istinadla xəbər verir ki, aktrisa yenidən geri qayıdacağını deyib.

“Azərbaycana əzizlərimi görmək üçün gəldim. Nəvələrimlə görüşdüm. Sabah Gəncəyə – valideynlərimin, qardaşlarımın qəbrini ziyarət etmək üçün gedəcəyəm. Sonra yenidən Türkiyəyə qayıdacağam. Artıq Bodrumun Milas şəhərində ev almışam, qızımla, nəvəmlə orda yaşayacağam. Oranın havası mənə düşür, özümü razhat hiss edirəm. Ara-sıra Azərbaycana da gələcəyəm”.

Aktrisa səhhəti ilə bağlı bunları deyib:

“Özümü yaxşı hiss edirəm, amma mütəmadi olaraq, müayinələrə gedirəm. 7 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Hələ ki, babatam, hər şey Allahın əlindədir. Nə vaxta qədər ömür yazıbsa, o vaxta qədər yaşayacağam”.

Xalq artisti səhnəyə qayıtmayacağını da deyib:

“42 il səhnədə can qoydum, indi xəstəliyimlə bağlı səhnəyə çıxmıram. Heç səhnəyə çıxmaq fikrim də yoxdur, çünki səhhətimi qorumalıyam, indi o halda deyiləm. Onu da deyim ki, Bakıda sənət dostum Telman Əliyevin və gözəl sənətkarımız Qəndab Quliyevanın ölüm xəbərini eşidib, çox sarsıldım”.

Qeyd edək ki, Kubra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri