24 
İyl
2017
16:15
212
122
16942
Virtual karabakh

Ürəyi 3 dəfə dayanan aparıcı: Bakıda olsaydım, bu gün 7 mərasimim idi...

24 İyl, 2017
16:15
16942

Ürəyi 3 dəfə dayanan aparıcı: Bakıda olsaydım, bu gün 7 mərasimim idi...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda olsaydım, bu gün 7 mərasimim idi”. Bu sözlər tanınmış model və aparıcı Tunay Əliyevaya məxsusdur.

Ötən həftə komaya düşən Tunay Oxu.Az-a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini dedi:

“Düz bir həftə öncə üç dəfə ürəyim dayandı, özü də ad günümdə. Məni ayağa qaldırmağa Türkiyə həkimlərinə cəmi 3 gün vaxt lazım oldu. Azərbaycan həkimləri inciməsin, Bakıda olsaydım, bu gün 7 mərasimim idi”.

Aparıcı komaya düşməsinin səbəbini də açıqlayıb: “Üç ay idi ki, vegetarian olmuşdum və onunla bərabər ağır dietadaydım. Arıqlamaq istəyirdim. Qanım çox düşübmüş və üstəlik, çox ağır bir stres yaşadım. Təzyiqim gün ərzində dəfələrlə 20-yə düşürdü və nəhayət, sonu xəstəxana oldu. Əsas odur ki, indi sağlamlığıma qovuşdum”. 

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri