26 
İyl
2017
14:23
49
138
6065
Virtual karabakh

Azərbaycanlı aparıcı türkiyəli müğənninin klipində – FOTO

26 İyl, 2017
14:23
6065

Azərbaycanlı aparıcı türkiyəli müğənninin klipində – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı teleaparıcı Aysel Nazim Türkiyədə klipə çəkilib.

Bu barədə Oxu.Az-a aparıcı özü məlumat verib.

“Mütəmadi olaraq İstanbula gedib-gəlirəm. Orada kifayət qədər yaxşı əlaqələrim var. Türkiyədəki prodüser şirkətindən təklif gəldi ki, Şahan Dinçin klipində rol alım. İlk növbədə mahnını dinləməyi tələb etdim. Bir də rejissorun kimliyi ilə maraqlandım. Mahnını çox bəyəndim. Əsl ritmik, yay mahnısıdır. Klipin rejissoru isə Erkan Nasdır. O, Türkiyədə Seda Sayan, Zerrin Özer, Ümit Besen, Tuğba Ozay kimi ifaçılara klip çəkib. Bir sözlə, razılıq verdim”, - deyə o bildirib.

A.Nazim bu işə görə əldə etdiyi qonorardan da danışıb: “Əlbəttə, qonorar almışam. Əvvəl çəkildiyim klipdə də qonorarımı alıb, çəkilmişdim. Türk modellərə ödənilən qədər qonorar qarşılığında razılaşıram”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri