27 
İyl
2017
10:27
42
142
5797
Virtual karabakh

Coli: Boşandıqdan sonra uşaqlardan gizli ağlayırdım

27 İyl, 2017
10:27
5797

Coli: Boşandıqdan sonra uşaqlardan gizli ağlayırdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 ay əvvəl boşanan 42 yaşlı Ancelina Coli moda jurnallarından birinə müsahibə verib. 

Oxu.Az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, aktrisa Bred Pittlə boşanmasının pərdəarxası məqamlarından söz açıb. 

“2016-cı ildə Kambocadakı film çəkilişləri zamanı həddindən çox arıqlamışdım. Bu, həyatımın ən çətin vaxtları idi. Onunla, sadəcə, havadan-sudan danışmaq üçün bir araya gələn insanlar kimi idik. Ayrılıq qərarından sonra uşaqlarla birlikdə bir müddət kirayədə yaşadım. Həyatıma yenidən başlamaq üçün Los-Ancelesdə 25 milyon dollara malikanə aldım. Yeni evə köçmək mən və uşaqlarım üçün böyük bir addımdır. Hamımız ailəmizi bir yerdə saxlamaq üçün əlimizdən gələni edirik. Ayrılıqla barışmaq üçün özümü ev işlərinə verdim, uşaqlarla vaxt keçirdim, itlərə qulluq elədim, qabları yudum, uşaqlarıma yatmazdan əvvəl nağıllar oxudum”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri