27 
İyl
2017
12:08
149
50
16873
Virtual karabakh

Röya villasının əlindən alınmasından danışdı

27 İyl, 2017
12:08
16873

Röya villasının əlindən alınmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Röya Ayxan eks-qayınatası, “Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun həbsi və ailənin ona verdiyi villanın müsadirə olunmasına münasibət bildirib.

Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, müğənni sözügedən mülkün əlindən alınmasına aydınlıq gətirib.

O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb: “Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”.

Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb: “Xahiş edirəm, biri yıxılanda onu az baltalayın.  Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözü doymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri