27 
İyl
2017
15:11
178
32
16295
Virtual karabakh

Əməkdar artistə süni protez qoyuldu – FOTO

27 İyl, 2017
15:11
16295

Əməkdar artistə süni protez qoyuldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 7-də ağır cərrahiyyə əməliyyatı edilən Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynovun çanaq oynağının yuxarı (baş) hissəsi dəyişdirilərək, süni protezlə əvəz olunub.

Oxu.Az-ın PrimeTime-a istinadən verdiyi məlumata görə, aktyor hazırda əməliyyatdan sonrakı bərpa prosesini keçdiyini deyir: “Xəstəxanadan çıxandan bir-iki gün sonra Gəncəyə gəldim. Müalicəm burada davam edir. Hazırda xüsusi əsa ilə gəzirəm. Ağrılarım azalıb. Amma ayağımı çox tərpədə bilmirəm. Çünki ayağım “donuq” vəziyyətdədir. Yəni, ayağımı çox hiss etmirəm. Həkimlər bir müddət belə olacağını mənə demişdilər. İki ay əsa ilə gəzəcəm. Əslində, yaxşıyam. Sadəcə, hərəkət məhdudiyyətinin olması adamı narahat edir. Amma dostlarımın sayəsində darıxmıram. Avtomobillə gəzirəm. Gəncə Teatrına gedirəm. Tanışlarla görüşüb, söhbət edirəm. İnşallah, avqustun sonuna qədər Gəncədə qalacam. Məni görmək üçün Rusiyada yaşayan qardaşım da Gəncəyə gəlib. Allah qoysa, sentyabrın əvvəlində Bakıya qayıdacam”.

Qeyd edək ki,  İlham Hüseynov uzun illər ortroz xəstəliyindən əziyyət çəkib. İyulun 7-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmotologiya və Ortopediya şöbəsində professor Cəfər Nəsirlinin rəhbərliyi ilə əməliyyat edilib.  

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri