27 
İyl
2017
15:36
90
29
5931
Virtual karabakh

Xalq artistinin xanımı: Dostları onunla görüşmək istəyir, amma özü imtina edir

27 İyl, 2017
15:36
5931

Xalq artistinin xanımı: Dostları onunla görüşmək istəyir, amma özü imtina edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xeyriyyəçi Hacı Nuranın aparıcılıq etdiyi “Həyat” proqramı Rafiq müəllimin səhhəti ilə maraqlanmaq üçün çəkiliş etdi. Ötən gün proqramı seyr etdik. Rafiq müəllimi əziz tutan, unutmayan hər kəsə təşəkkür edirəm”. 

Oxu.Az-ın PrimeTime-a istinadən verdiyi xəbərə görə, bunu xalq artisti, tanınmış diktor Rafiq Hüseynlinin həyat yoldaşı Səbinə Hüseynli deyib.

Səbinə Hüseynli üç həftədən sonra Türkiyəyə yenidən gedəcəklərini bildirib: “Artıq üç həftə vaxtımız qalıb. Yenidən əməliyyata gedəcəyik. İnşallah, bu əməliyyatdan sonra Rafiq müəllimin səhhətinin nisbətən düzələcəyinə inanıram. Hazırda günün əksər hissəsini evdə olur. Çünki ayaqları zəifdir. Çox gəzə bilmir. Tez yorulur. Amma əhval-ruhiyyəsi yaxşıdır. Dostlar zəng edir, axtarır, hamı gəlib onunla görüşmək istəyir. Amma tez yorulduğuna görə özü imtina edir. Ümidimizi Allaha bağlamışıq. İnşallah, yaxşı olar”.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri