27 
İyl
2017
16:53
20
145
14256
Virtual karabakh

Saçyolduya çıxdığı deyilən aparıcı danışdı

27 İyl, 2017
16:53
14256

Saçyolduya çıxdığı deyilən aparıcı danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Space” TV-də Xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olması ilə bağlı xəbərlər yayılıb.

Oxu.Az-ın azxəbər-ə istinadən verdiyi məlumata görə, aparıcı Günel Mövsümova Aynur adlı rejissorla saçyolduya çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

O, hazırda məzuniyyətdə olduğunu bildirib: “Bu cür hadisə yaşanmayıb. Mənim haqqımda əsassız danışırlar. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi də işə çıxacam”.

Qeyd edək ki, bizimyol.info saytının bu gün yayımladığı xəbərdə xanım aparıcı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşandığı yazılıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb. Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağırılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri