Avq
2017
14:25
34
288
17125
Virtual karabakh

Müğənni Damla ilə bağlı növbəti qalmaqallı iddia

7 Avq, 2017
14:25
17125

Müğənni Damla ilə bağlı növbəti qalmaqallı iddia

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Damlanın adı növbəti qalmaqalda hallanır.

Oxu.Az big.az-a istinadla xəbər verir ki, o, dünən Bakıdakı şadlıq saraylarından birində baş tutan toy üçün “beh” alsa da, ev yiyəsinə qarşı saymazlıq edərək toya gəlməyib.

Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla bir saatlıq çıxışı üçün 1500 manat tələb edərək, 500-nü “beh” kimi öncədən alıb.

Qəzəblənən ev yiyəsi buna görə müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toyun qonorarını ödəməyib.

Toya görə 8000 manat pul almalı olan Manaf Ağayev və dəstəsi toydan bir qəpiksiz ayrılıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl Damlanın barəsində iyulun 27-də Masallıda baş tutan toy məclisi üçün 600 manat “beh” alsa da, orada iştirak etmədiyi deyilirdi. 

İfaçının yaxın ətrafının iddialarına görə, o, narkotik aludəçisi olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qalır.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Damlanın prodüseri Mehri Əliquliyeva ilə saxlayıb. 

“Şişirdilmiş yazıdır. Düzdür, Damla ilə Manaf Ağayev arasında narazılıq yaranmışdı, lakin artıq məsələ həll olunub. Damla xanım özü də sözügedən xəbər barədə rəsmi açıqlama yayacaq”, - deyə prodüser bildirib.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri