Avq
2017
17:39
354
122
26948
Virtual karabakh

Manaf Ağayev Damla haqda: Sənin kim olduğunu deyəcəyəm

7 Avq, 2017
17:39
26948

Manaf Ağayev Damla haqda: Sənin kim olduğunu deyəcəyəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, müğənni Damla yenidən toyla bağlı qalmaqalla yadda qalıb. Big.az-ın yaydığı xəbərə görə, ifaçı toy sahibindən “beh” alıb, lakin məclisdə iştirak etməyib. Həmin mərasimdə müğənni Manaf Ağayev də çıxış edib və Damlanın həmin davranışına görə toy sahibi onun qonorarını ödəməyib.

Damlanın prodüseri Oxu.Az-a açıqlamasında Manaf Ağayevlə ifaçı arasında anlaşılmazlıq yarandığını, amma problemi həll etdiklərini bildirib.

M.Ağayev isə metbuat.az-a müsahibəsində bunları deyib:

“Deyilənlərin hamısı düzdür. Kim Damlaya yüksək “beh” verirsə, ora qaçır. Bizim getdiyimiz toya 500 manat “beh” verilmişdi. Kimsə Şəmkirdən 1000 manat “beh” verib deyə, həmin toya gedib. İnsan düşünmür ki, adamı pis vəziyyətdə qoyur. Mən kimə söz verirəmsə, sözümün üstündə dururam. Ancaq Damla məni pis vəziyyətdə qoyub. Özünə də dedim, gətirib “beh”i qaytarmasan, cəmiyyətə sənin kim olduğunu açıqlayacağam.

Əslində, başqa toya getmək istəyən adam əvvəlcədən deməlidir. Bu, heç həmin gün də zəng etməyib ki, gəlməyəcək. Sadəcə, o gün Massallıdakı aldatdığı toy evinin yiyəsi mənə zəng etdi ki, Damla başıma bu hadisəni gətirib. Mən də Damlayla danışdım, o da dedi ki, qətiyyən ola bilməz, mütləq “beh” aldığı toya gələcək. Ancaq gəlmədi. Zəng etdim ki, Damla, bəs “beh” almısan, məni pis vəziyyətdə qoyub gəlmədin. Yaxşı da bir bəhanəsi var, aldatdığı toy sahiblərinə həmişə deyir ki, həmin toya getməsəydi, onu öldürəcəkdilər”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri