Avq
2017
10:57
56
249
27028
Virtual karabakh

“Gelandewagen”ə sahib olan azərbaycanlı məşhurlar - FOTO

Ötən həftə Bakıda baş verən "Gelandewagen" qəzası bu alman avtomobilinə olan marağı daha da artırıb. Son günlər bir çox müzakirənin əsas mövzusu “Gelandewagen”dir. 

Oxu.az lent.az-a istinadən ölkədə bu avtomobilə sahib olanları təqdim edir. 

Aparıcı İlhamə Bədəlova “AA” seriyalı “Gelandewagen” idarə edir. O, avtomobillə birgə çəkilmiş şəklini bu yaxınlarda sosial şəbəkədə paylaşmışdı.

Müğənni Şəbnəm Tovuzlu da bir neçə il “Gelandewagen” markalı avtomobil idarə etsə də, sonradan satdığını etiraf edib. O bildirib ki, bu avtomobili ona həyat yoldaşı hədiyyə edibmiş.

.

Müğənni İlhamə Qasımova isə bir neçə ildir ki, “90EG999” nömrəli “Galenwagen” idarə edir. İfaçı bildirib ki, bu avtomobili ona həyat yoldaşı bağışlayıb.

Mərhum müğənni Vidadi Bərdəlinin qızı, ifaçı Aytac Vidadiqızı da “Gelandevagen” markalı, “90 VA 111” dövlət seriyalı avtomobil idarə edir. O, hazırda Türkiyədə yaşayır.

Məşhur dünya çempionumuz Zabit Səmədov da “Mercedes-Galendewagen” idarə edən tanınmışlardandır. 

C.İ.

www.oxu.az

Digər Şou-biznes xəbərləri