10 
Avq
2017
12:08
46
480
34347
Virtual karabakh

Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yayıldı – FOTO + YENİLƏNİB

10 Avq, 2017
12:08
34347

Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yayıldı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün primetime.az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb.

Oxu.Az-ın məlumatına görə, aktyorun bacısı Vəfa Xanlarova məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: “Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm, o, niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz”.

Qeyd edək ki, bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin o sualımızı eşitdikdən sonra telefonun dəstəyini asdı. Onu da əlavə edək ki, hər iki tərəfə aid səs yazısı mövcuddur və lazım gələrsə, yayımlamağa hazırıq.

12:07

“Maşın” şounun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarova ağır itki üz verib.

Oxu.Az PrimeTime.Az-a istinadla xəbər verir ki, aktyorun həyat yoldaşı vəfat edib.

S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: “Çox pisəm. İki övladım anasız qaldı”.

Allah rəhmət eləsin!

A.S.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri