11 
Avq
2017
01:40
58
435
52845
Virtual karabakh

Tanınmış azərbaycanlı aktrisa vəfat edib – VİDEO + FOTO

11 Avq, 2017
01:40
52845

Tanınmış azərbaycanlı aktrisa vəfat edib – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı gənc aktrisa Mila Əminə dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 29 yaşlı aktrisa meningit xəstəliyindən vəfat edib.

Belə ki, o, son 1 ay ərzində başağrısından şikayət edirmiş. 

Beyninə çirk yığılan aktrisa 1 saylı Şəhər Klinik Xəstəxanasında (keçmiş “Semaşko” adına xəstəxana-red.) müalicə olunub. Lakin o, daha sonra Türkiyəyə aparılıb və orada vəfat edib.

Xatırladaq ki, “Üç badam bir qoz” filmində oynayan Mila Əminə digər 2 xanım həmkarı  ilə ekran işinin prodüseri Altun Mətləboğlundan şikayətçi olaraq onu dələduzluqda ittiham etmişdilər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri