14 
Avq
2017
17:19
197
77
27289
Virtual karabakh

Bu məşhurların ailə üzvləri tələbə adını qazandılar – FOTO

14 Avq, 2017
17:19
27289

Bu məşhurların ailə üzvləri tələbə adını qazandılar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün bundan əvvəl universitetə qəbul olan tələbələrin adları açıqlanıb. Onlar arasında şou-biznes nümayəndələrinin yaxınları da yer alıblar.

Oxu.Az Axşam.az-a istinadla tanınmışların tələbə adı qazanan yaxınlarının adlarını təqdim edir.

Müğənni Günay İbrahimlinin qardaşı Nicat Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə qəbul olunub.

Rejissor və aktyor Ramin Hacıyevin qızı Ləman Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

Xalq artisti Fidan Hacıyevanın bacısı qızı Nərgiz Bakı Musiqi Akademiyasının Dirijorluq fakültəsində təhsil lacaq.

Şair Vüqar Əhmədin qızı, VI Muğam Müsabiqəsinin qalibi - Qran-Pri mükafatının sahibi Almaxanım Əhmədli də tələbə adını qazanıb. O, Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri