15 
Avq
2017
01:00
305
73
13626
Virtual karabakh

Murad Arif: Küçədə camaatın ana-bacısına söz atan biz deyildik?

15 Avq, 2017
01:00
13626

Murad Arif: Küçədə camaatın ana-bacısına söz atan biz deyildik?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəstəkar-müğənni, aparıcı Murad Arif İnstaqram hesabında müzakirələrə səbəb olan paylaşım edib.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, son vaxtlar Azərbaycana axın edən ərəb turistlər və onlar haqqında səsləndirilən etirazlarla bağlı fikirlərini bölüşüb.

“Sosial şəbəkələrdə ölkədəki ərəb turistlərinə qarşı əcaib aqressiya haqda 1-2 kəlmə demək istərdim. Biz nə istəyirik? Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq? Ərəblər gəlib... Bu niyə dərd olur bizə? Onlar mədəni deyil? Biz necə? Çoxmu mədəni davranırıq bəzilərimiz?

Küçəyə “xax tfu” edib tüpürən biz deyildik indiyə qədər? Ömür billah maşınlardan butulka tullayan biz deyilik? Yoxsa, küçədə camaatın anasına-bacısına söz atan deyildik? Hə? İlmi zalım ictimai yerlərdə, restoran və kafelərdə tualetlərimiz çiçək qoxuyub yoxsa? “Ay eşşək suyu burax!”, “Bura zibil atanın belə-belə..” yazanda ərəb üçün yazırdıq daim?

1 il deyil ki, ölkədə turist axını nəzərə çarpır. Bu ay artıq 4-5-ci dəfədir ki, bölgələrimizdə otellərdə oluram! Turistlər hər yerdədir! Çox şükür! Sektor inkişaf edir. Yerli əhaliyə, işçi qüvvəsinə ehtiyac yaranır.. Camaat iş tapır, ailə dolandırır. Utanmaz adamlar var ki, maşını 10 dəfə artıq qiymətə icarəyə verir, sonra da salonun şəklini qoyur ki, ərəblər çipsi dağıdıb. Təmizlə, yenə icarəyə ver, qazan də! Hoteli bulayır? Od qiymətinə verirsən, xadimənin də, bütün xidmətin də pulunu artıqlamasıyla çıxarırsan? Nədir problem? Nə qədər deyinmək olar? Ver yeyim, ört yatımla olmur axı! Ərəblər mədəni deyilmiş... Yox, siz mədənisiniz..

Üzeyir Hacıbəyov ola-ola, üç badam bir qoz mahnılardan ləzzət alırsınız... Operaya, teatra gedir, kitab üzü açırsınız... Efirləriniz də elmi-kütləvi verilişlərə dolu... Sanballı komediyalar çəkirsiniz... Siz mədənisiniz!

Ay mükəmməl, ideal, süddən çıxmış ağ qaşıqlar...? Evinizə qonaq gəlmir e... Bazarınızı ayaqda saxlayır, pul yatırırlar! Xidmət göstərin, işləyin, qazanın və susun. Bu barədə bir dəfə yazmışdım, yenə yazıram: Küçədə kimsə pozğunluq açırsa, kiminsə, nəyinsə, mənəvi dəyərləri alçaldılırsa, əmlakınıza ziyan vurulursa, buna nəzarət edəcək qurumlar, qaydalar, cərimələr var! Hüququnuz tapdalanır, şikayət edin. Yoxsa, boş-boş deyinmək nəyə lazım? Mənim əziz soydaşlarım, turizm olan bölgələrə hər tip adam gələr. Kimisə mədəniyyətə dəvət etmədən öncə, özünüzü “ələşdirin”... Əslində çox şey, yaranmış şəraitdən qaynaqlanır. Birdə ki, işləmək lazımdır! ...və biz bunu sevmirik”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri