15 
Avq
2017
11:20
63
108
13769
Virtual karabakh

Müğənninin oxşarını səhnəyə çıxarıb, hər kəsi aldatdılar – FOTO

15 Avq, 2017
11:20
13769

Müğənninin oxşarını səhnəyə çıxarıb, hər kəsi aldatdılar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə əyləncə klublarından birində tanınmış müğənni Ece Seçkinə bənzəyən bir qadını səhnəyə çıxarıb, izləyiciləri aldadıblar.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Cengiz Semercioğlu məlumat yayıb.

“Ece Seçkinin mahnılarını ifa edirdi. İnsanlar “Ece Seçkin”lə şəkil çəkdirib, sosial şəbəkədə yerləşdirirdi. Bu hadisəyə inanmaq çətindir, amma gerçəkdir.

Həmin vaxtda müğənni Ece Seçkin özü Yunanıstanda istirahətdə idi. Bir müddət sonra hadisədən xəbər tutub və təşkilatçılardan birinin “Instagram” səhifəsinə “Ece Seçkin də orada imiş... Diva deyə tanıdıb, səhnəyə çıxarmısınız. Baxaq, bu işin içindən necə çıxacaqsınız?” şərhini yazıb”,-deyə jurnalist qeyd edib.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri