15 
Avq
2017
15:26
156
30
10623
Virtual karabakh

“Kara Sevda”nın Emiri yeni serialda – FOTO

15 Avq, 2017
15:26
10623

“Kara Sevda”nın Emiri yeni serialda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur aktyoru Kaan Urgancıoğlu və tanınmış aktrisa Tuba Büyüküstün “Aras” adlı yeni serialda rol alacaq.

Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Hələ hazırlıq mərhələsində olan film iki qardaşın intiqam dolu həyat hekayəsindən bəhs edir. Ekran əsərində Kaan Urgancıoğlunun qardaşını isə Ekin Koç canlandıracaq.

K.Urgancıoğlu ötən mövsümdə yayımlanan “Kara Sevda” serialındakı Emir, T.Büyüküstün “Cesur ve Güzel”də Sühan Korludağ, E.Koç isə “Muhteşem Yüzyıl: Kösem”də I Ahmed baş rolu ilə daha da populyarlıq qazanıb.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri