15 
Avq
2017
16:55
41
149
8488
Virtual karabakh

Tom Kruz çəkiliş zamanı ciddi xəsarət aldı – FOTO

15 Avq, 2017
16:55
8488

Tom Kruz çəkiliş zamanı ciddi xəsarət aldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tom Kruzun “Müşkül tapşırıq 6” filminin çəkilişlərində ciddi zədə aldığı məlum olub.

Oxu.Az-ın Kulis.az-a istinadən verdiyi xəbərə görə, amerikalı aktyor Tom Kruz “Müşkül tapşırıq 6” filminin çəkilişlərində dekorasiyadan dama tullanarkən məsafəni düz hesablamayıb və topuğunun iki sümüyünü sındırıb.

“Zədə düşündüklərindən daha ciddi imiş. Tom ciddi zədə alıb, onun sağalmasına bir neçə ay lazım olacaq”, – deyə çəkilişlərdə iştirak edənlərdən biri mətbuata xəbər verib.

Aktyorun aldığı zədəyə görə filmin çəkilişlərinin dörd ay saxlanılacağı məlum olub.

“O, məşhur ulduzdur, bütün film də onun ətrafında dövr edir. Filmin sahiblərinin çəkilişi saxlamaqdan başqa yolu qalmadı”, – deyə mənbə qeyd edib.

Kruzun ABŞ-da öz evində müalicə alacağı xəbər verilir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri