16 
Avq
2017
22:07
49
92
6896
Virtual karabakh

İlin ən çox qazanc əldə edən aktrisaları – SİYAHI

16 Avq, 2017
22:07
6896

İlin ən çox qazanc əldə edən aktrisaları – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Forbes jurnalı 2017-ci ildə ən çox qazanc əldə edən aktrisaların reytinqini hazırlayıb.

Oxu.Az-ın məlumatına görə, siyahı çərşənbə günü, avqustun 16-da, nəşrin saytında yerləşdirilib.

Reytinqə 12 ay ərzində 26 milyon dollar qazanan 28 yaşlı Emma Stoun başçılıq edib. Yanvar ayında aktrisanın baş rolda oynadığı “La-La Lend” filmi prokata çıxıb. Bu rol ona Oskar mükafatını qazandırıb.

İkinci yerdə 25,5 milyon dollar gəlirlə Cennifer Eniston qərarlaşıb. Nəşr qeyd edir ki, onun gəlirlərinin böyük hissəsini Emirates, Smartwater və Aveeno şirkətlərinin reklamından əldə edilən gəlir təşkil edir.

Üçlüyü 24 milyon dollar ilə Cennifer Lourens bağlayır. Aktrisa Dior markasının reklamı ilə məşğuldur. Cari ildə o həmçinin “Ana” və “Qırmızı sərçə” filmlərində də çəkilib.

İlk onluğa həmçinin Melissa Makkarti, Mila Kunis, Emma Uotson, Şarliz Teron, Emi Adams, Keyt Blanşett və Culiya Robertsin adları daxil edilib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri