18 
Avq
2017
12:46
160
576
52031
Virtual karabakh

Xərçəngdən ölən rejissorun xanımı: Uşağımı qəbul edən biri olsa, ərə gedərəm – FOTO

18 Avq, 2017
12:46
52031

Xərçəngdən ölən rejissorun xanımı: Uşağımı qəbul edən biri olsa, ərə gedərəm – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib. O bildirib ki, bu haqda mərhum həyat yoldaşı ilə də bir neçə dəfə söhbətləşibmiş: “Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, “Nə zamansa ölsəm, yenidən ərə gedərsənmi?” O, çox qısqanc idi, zarafatca “Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq” deyərdim, o isə susardı”.

S.Zəkizadə maddi vəziyyəti barədə də danışıb. O bildirib ki, heç bir yerdən gəliri yoxdur: “Şahindən sonra ailəmi özüm saxlayıram. Nə dost, nə də tanışdan bu barədə köməklik görməmişəm”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri