19 
Avq
2017
20:56
42
454
17363
Virtual karabakh

Könül Xasıyevaya qarşı dələduzluq

19 Avq, 2017
20:56
17363

Könül Xasıyevaya qarşı dələduzluq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:

"Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq".

Könül Xasıyevanın verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:

"Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Avtomaşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm".

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri