21 
Avq
2017
10:17
168
125
13528
Virtual karabakh

Xalq artistinin evindən seyf oğurlandı

21 Avq, 2017
10:17
13528

Xalq artistinin evindən seyf oğurlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə avqustun 19-da qeydə alınıb. N.Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.

Xalq artisti bu barədə polisə məlumat verib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə ilə bağlı N.Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri