21 
Avq
2017
12:02
279
66
15034
Virtual karabakh

Çiçək efirdən getdi?

21 Avq, 2017
12:02
15034

Çiçək efirdən getdi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış teleaparıcı Çiçəyin (Şəhla Vakkas) “Xəzər TV”-dən ayrılmağı barədə xəbər yayılıb.

Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumata görə, iddia olunur ki, o, yeni sezonda sözügedən kanalın efirində olmayacaq. 

Teleaparıcı televiziyanın mövsüm çəkilişlərində iştirak etməyib. 

Mövzu ilə bağlı “Xəzər”in  musiqi departamentinin rəhbəri Kənan Bayramov məlumatı təkzib edib: “Şəhla xanım hələ də “Xəzər TV”-nin əməkdaşıdır və “Araz FM”-in rəhbəridir. Sadəcə olaraq, aparıcılıq etdiyi proqramlar bağlanıb”. 

Ş.Vakkas isə açıqlamasında efirin radiodakı vəzifəsinə təsir etdiyini söyləyib: “Radionun rəhbəri olaraq qalıram. Amma kanalda yayımlanan iki verilişin bağlanmağı sual altındadır. Bu, mənim radiodakı işimlə bağlıdır, çatdıra bilmirəm. Düşünürəm ki, davam edə biləcəm, ya yox.

Proqramlar radiodakı rəhbər vəzifəmə təsir edir. İki verilişdən birini, ən azından “Şans mələyi”ni davam etdirmək istəyirəm. Çünki bu layihənin savabı çoxdur, insanlara yardım göstəririk”. 

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri