21 
Avq
2017
12:39
76
265
35887
Virtual karabakh

Azərbaycanın tanınmış sehrbazı faciəvi şəkildə vəfat etdi – VİDEO + FOTO

21 Avq, 2017
12:39
35887

Azərbaycanın tanınmış sehrbazı faciəvi şəkildə vəfat etdi – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yolda hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən “VAZ 2107” markalı minik avtomobilini saxlayaraq onun sürücüsündən kömək istəyib. 

Oxu.Az-ın xeberle.com-a istinadən verdiyi məlumata görə, “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü, Sumqayıt şəhəri, Corat qəsəbə sakini Mustafayev Xalid Rauf oğlu sürücü yoldaşına kömək məqsədilə avtomobildən yerə düşərkən ehtiyatsızlıq edib və yolda hərəkətdə olan “Ford” markalı yük avtomobili onu vurub. 

Xalid Mustafayev ağır kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq və əziyi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Xalid Mustafayev Sumqayıtda sehrbaz, illuziyaçı kimi tanınırdı. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri