24 
Avq
2017
12:24
24
145
11310
Virtual karabakh

Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar

24 Avq, 2017
12:24
11310

Kütləvi davada azərbaycanlı aktyorun çənəsini sındırdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Bələdiyyə Teatrının aktyoru, bir çox serialların baş qəhrəmanı Elxan Rzanın çənəsi sınıb.

Oxu.Az yenicag.az-a istinadən xəbər verir ki, aktyor kütləvi şəkildə dava edənləri ayırmaq üçün araya girib, nəticədə xəsarət alıb. Hadisə ilə bağlı aktyorla əlaqə saxlamağa çalışdıq. Elxanın telefonuna cavab verən qardaşı Toğrul xəbəri təsdiqlədi: “4 gün əvvəl qardaşımın başına iş gəlib. O, Sumqayıtda, küçədə kütləvi dava edən insanları ayırmaq istəyib. Əvəzində vurub onun da çənəsini sındırıblar. Dostu dərhal xəstəxanaya çatdırıb. Həkimlər təcili əməliyyat etdilər. 3 saatlıq əməliyyat çox ağır keçdi. Narkozdan çox gec ayıldı. İndi özünü nisbətən yaxşı hiss edir”.

Toğrulun sözlərinə görə, həkimlər Elxana bir müddət danışmağı qadağan edib: “Elxan hərəkət edir, amma bir müddət danışa bilməz. Həkimlər deyir ki, hələ özünü gözləməlidir. Şükür, hər şey yaxşı qurtarıb”.

Onu da öyrəndik ki, baş verən hadisəyə görə aktyor ona xəsarət yetirən insanı polisə verməyib: “Əslində, bu hadisənin qardaşıma aidiyyəti yox idi, sadəcə olaraq, kimlərəsə kömək etmək istəyib. Arada özü xəsarət alıb”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri