25 
Avq
2017
12:40
24
456
42949
Virtual karabakh

İnternet fenomeni ermənipərəst Nüsrət Gökçə, əslində, kimdir? – VİDEO + FOTO

25 Avq, 2017
12:40
42949

İnternet fenomeni ermənipərəst Nüsrət Gökçə, əslində, kimdir? – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Duz tökmə” hərəkəti ilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türkiyəli aşpaz Nüsrət Gökçənin şəxsi “Instagram” hesabında paylaşdığı görüntülər Azərbaycanda böyük səs-küy doğurub. O, videoda ermənilərin “Migena” mahnısının sədaları altında rəqs edir və Bodrumdakı restoranında mütəmadi olaraq erməni musiqiləri səsləndirir. Orada istirahət edən azərbaycanlılar isə buna etiraz etsələr də, o, “Instagram”da paylaşdığı videonu silməyəcəyini və restoranlarında hansı mahnını istəyirsə, onu da dinləyəcəyini bildirib. Lakin həmyerlilərimizin çoxsaylı təkidlərindən sonra o, sözügedən paylaşımını silib.

Sosial şəbəkələrdə onun anasının erməni əsilli olduğu yazılır. Bəs, əslində, Nüsrət Gökçə kimdir?

Oxu.Az xəbər verir ki, “Rudaw” Media Qrupu Nüsrət Gökçə ilə bağlı reportaj hazırlayıb. Məlum olub ki, o, əslində, kürddür. Ərzurumun Şenkaya rayonunun Paşalı kəndindən olan Nüsrətin bütün qohumları kürdcə danışır.

Nüsrətin xalası Kiraz Vergül müsahibəsində “Nüsrət bizim kəndimizdəndir. Faikin oğlu, qayınanam Əminənin nəvəsidir. Ona uşaqlıq illərində Tete deyirdilər. Onun həm ata, həm də ana tərəfi kürddür”, - deyib.

Əmisi qızı Şevket Gökçe isə onların 80-ci illərdə həmin kənddən İstanbula köçdüyünü söyləyib.

Onun ailəsinə yaxın olan Hacı Adil Gökçe adlı şəxs əvvəllər Nüsrətin ailəsinin yoxsul olduğunu, həmişə onun mağazasından nisyə çay və şəkər aldığını vurğulayıb.

Oxu.Az N.Gökçənin “erməni sevgisi” ilə bağlı Azərbaycan və Türkiyənin tanınmış simalarının mövqeyini də öyrənib.

Əməkdar incəsənət xadimi, məşhur azərbaycanlı bəstəkar Tahir Əkbər:

“Mən bu hərəkəti mənfi qiymətləndirirəm. Biz bir millətik, türklərlə qardaşıq. Onun bu cür davranışı məni bu cür düşünməyə vadar edir: “Yəqin, onun mənşəyi ermənidir”.  O, ermənidən törənib ki, onların təbliğatını aparır. Çünki sağlam türk düşüncəsi olan insan bunu qəbul etməz.

Türkiyə bizə görə onlarla sərhədi bağlayıb. O boyda ölkədə bizə görə onları saymır. Torpaqlarımızın ermənilər tərəfindən zəbt olunmasını pisləyir. Belə məqamda Nüsrət Gökçə kimi hansısa erməni dığası bu cür iş tutursa, bu, bizə qarşı böyük hörmətsizlikdir. Ona etiraz edən insanlarla razıyam, mən də o cür davranardım”.

Müğənni Lətifə Soyuöz:

“O, sahibkardır, onun haqqıdır ki, istədiyi musiqini orada səsləndirsin. Amma onun türk olması bizi çaşdırır. Yəqin, bu insanın qanında erməni qanı var ki, etirazlara baxmayaraq, erməni musiqisini səsləndirir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, əgər müştəri nədənsə narahatdırsa, o, müştərinin sözünə əməl etməlidir. Rusların belə bir deyimi var: “Müştəri həmişə haqlıdır”.

Hər zaman deyilir ki, azərbaycanlılarla türkiyəlilər qardaşdırlar. Bəs o, niyə bu sözü saymır? Niyə öz ölkəsinə hörmət etmir? O, guya bilmir ki, ermənilər dəfələrlə türk bayrağını ayaqlayıb, onun üzərindən keçiblər? Niyə bunları görmür? Bu, o deməkdir ki, onun qanında erməni qanı var.

Mən də Türkiyəyə tez-tez gedib-gəlirəm, lakin onun restoranına yollanmaq fikrim yoxdur. O, millətimizdən üzr istəməlidir. Biz özümüzü qiymətləndirməli və hörmət etməliyik.

Sizin vasitənizlə bütün azərbaycanlılara səslənirəm: “Onun restoranına getməyin!”

Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Gövhər Həsənzadə:

“Erməni təbliğatı ilə məşğul olan heç nəyi və heç kimi qəbul etmirəm. Restoran və əyləncə yerlərində isə vaxt keçirməyə meyilli deyiləm və o cür məkanları erməni musiqisinin təbliğatına görə tərk edən hər kəsi dəstəkləyirəm”.

Türkiyəli müğənni Rafet El Romanın baş meneceri Züleyha Doğanay:

“R.E.Roman bu mövzu ilə bağlı açıqlama vermək istəmir”.

Azərbaycanda yaşayan türkiyəli müğənni Nurkan:

“Əgər sən düşmən musiqisini dinləyəndə həzz alır, rahatlıq tapırsansa, deməli, sən türk deyilsən və türk ola bilməzsən. Çünki düşmən hər yerdə düşməndir. O, türklərin üz qarasıdır.

Bir ara Özcan  Deniz də belə davranışlar sərgiləyirdi. Mən onu paylaşımlarımda çox sərt təqdim etmişdim, hətta buna görə məni təhdid edənlər də oldu. Lakin mən əhəmiyyət vermədim. Çünki mən türkəm və bu cür davranışları qınayıram.

Buradan ona səslənirəm: “Nüsrət Gökçə, gündəmə gəlmək istəyirsənsə, bununla deyil, başqa bir şeylə gəl. Soyu, milləti, kökü, tarixi bəlli olmayan, vətənsiz, dövlətsiz, şərəfsiz bir millətin mahnısı ilə gündəmə gəlmə”.

O, ermənilərin mahnısından feyziyab olursa, deməli, o, türk deyil, ermənidir!

Onun Türkiyədə qazandığı və yediyi pullar haramı olsun!. Bu, qəbuledilməzdir. Əminəm ki, türk milləti onun dərsini verəcək”.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri