Sen
2017
20:20
121
372
22003
Virtual karabakh

Corc Kluni: Həyat yoldaşımı Azərbaycana səfər etmək fikrindən daşındırdım

7 Sen, 2017
20:20
22003

Corc Kluni: Həyat yoldaşımı Azərbaycana səfər etmək fikrindən daşındırdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktyoru Corc Kluni etiraf edib ki, öz xanımı Amal Klunini Azərbaycana səfər etmək fikrindən daşındırıb.

Oxu.Az Virtualaz.org-a istinadən bildirir ki, məşhur aktyorun bununla bağlı fikirlərini The Hollywood Reporter yayıb.

Xatırladaq ki, məşhur Britaniya vəkili Amal Kluni vaxtilə Avropa Məhkəməsində “ermənilərin soyqırımı”nın inkarında ittiham edilmiş Perinçekin işi üzrə prosesdə ermənilərin maraqlarını təmsil edirdi. A.Kluni həmin prosesi uduzub.

“Necə oldusa, Amalla razılaşdıq ki, özümüzü təhlükəli vəziyyətlərə atmağa imkan verməyəcəyik. Bu o vaxt idi ki, Amal Maldiv adalarında idi və sabiq prezident Məhəmməd Naşedin həbsxanadan azad olunmasına nail olmağa çalışırdı. O nəhayət, Maldiv adalarını tərk edəndə Azərbaycana getmək istəyirdi, orada onun daha bir müştərisi var idi”, - deyə Corc Kluni bildirib.

Hollivud aktyoru etiraf edib ki, öz arvadını Azərbaycana səfər fikrindən daşındırmaq üçün onunla sövdələşməyə getməyə məcbur olub: 

“Mən ona müqaviləmizi xatırlatdım. Mən Cənubi Sudana səfərimi ləğv etməyə razılaşdım, o da Azərbaycana səfərdən imtina etməli oldu”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri