Sen
2017
10:43
188
82
40592
Virtual karabakh

Xoşqədəm Baxşəliyeva naşı həkimin qurbanı oldu

8 Sen, 2017
10:43
40592

Xoşqədəm Baxşəliyeva naşı həkimin qurbanı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınımış telejurnalist Xoşqədəm Baxşəliyeva həkim səriştəsizliyindən əziyyət çəkən növbəti məşhur olub.

Oxu.Az xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində məlumat yayıb.

“Aylardır, diş ağrısından əziyyət çəkirdim. Hansı həkimə gedirdim, "problem yoxdur, soyuq nəsə içmisən" deyirdi. Dünən çəkilişdə dişim elə ağrıdı ki, işimi yarımçıq qoyub dostumun məsləhət gördüyü həkimə müraciət etdim. Getdim və qarşılaşdığım o dəhşətli görüntü fotodadır. Baxın!

Bir çox imkanlı, tanınan insanın üz tutduğu həkim illər öncə mənim dişimi müalicə edərkən alət qırılır və diş kökündə qalır. Ağrı verməyi bir yana, dişin dibində bir neçə aya yaranmış o kista və sinirə doğru böyüməsi və s. Vahiməli nəticəni düşünün..

Hamının inanıb, yanına getdiyi o həkimlə bağlı, sizcə, hansı addımı atım?”, - deyə X.Baxşəliyeva qeyd edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri