Sen
2017
14:15
23
386
11909
Virtual karabakh

Moskvada reperin yaşyarımlıq körpəsi vəfat etdi – FOTO

8 Sen, 2017
14:15
11909

Moskvada reperin yaşyarımlıq körpəsi vəfat etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MiyaGi adı altında çıxış edən, məhşur reper Azamat Kudzaevin yaşyarımlıq körpəsi dünyasını dəyişib.

Oxu.Az Dni.ru-ya istinadən xəbər verir ki, körpə Moskvada yerləşən 9 mərtəbəli binanın pəncərəsindən düşərək, həyatını itirib. Hazırda hadisənin təfərrüfatları araşdırılır.

Körpə təcili yardım maşını gələnədək keçinib. Hadisə barədə ilk məlumatları sosial şəbəkə istifadəçiləri verib, sonra isə reperin yaxınları məlumatı təsdiqləyib. MiyaGi və rəsmilər hələlik faciə barədə heç bir açıqlama ilə çıxış etməyiblər.

Vladiqafqazda dünyaya gələn Azamat Kudzaev MiyaGi & Эндшпиль qrupunda çıxışı ilə şöhrət qazanıb. Duet hazırda internetdə ən çox dinləninənlər sırasındadır.

E.C.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri