11 
Sen
2017
11:05
55
131
15060
Virtual karabakh

Bakıda biznesmen oğlunun nişanına gələn türk müğənni bəylə gəlini klipinə çəkəcək – FOTO

11 Sen, 2017
11:05
15060

Bakıda biznesmen oğlunun nişanına gələn türk müğənni bəylə gəlini klipinə çəkəcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli növbəti dəfə Bakıya gəlib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, ifaçı nişan mərasimində iştirak edib.

Cecelinin nişandan çəkilən fotoları sosial şəbəkələrdə paylaşılıb. Gecədə Mustafa ilə yanaşı, Miri Yusif, Murad Arif, Ayaz Qasımov və başqaları çıxış edib.

Əldə etdiyimiz məlumata görə, türkiyəli ulduzun iştirak etdiyi məclisin səbəbkarları Fərrux və Güləndam cütlüyüdür.

Bəy Fərhad adlı azərbaycanlı biznesmenin oğludur.  Bundan başqa, cütlüyün nişan və toydakı görüntüləri Cecelinin yeni klipində yer alacaq. Ailə bu layihəni həyata keçirmək üçün müğənniyə qonorar ödəyəcək. Mahnını isə azərbaycanlı bəstəkar Kəmalə Qasımova ərsəyə gətirəcək.

Qeyd edək ki, müğənni ötən ay da Azərbaycana gəlib. O, Şəmkirin Şiştəpə kəndində keçirilən dəbdəbəli toy mərasimində çıxış edib və bunun müqabilində 62 min manat qonorar alıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri