11 
Sen
2017
11:53
249
32
8992
Virtual karabakh

Aygün Kazımova məşq zamanı zədə aldı – VİDEO + FOTO

11 Sen, 2017
11:53
8992

Aygün Kazımova məşq zamanı zədə aldı – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ən böyük konsert kompleksi olan “Crystal Hall”da səhnə fəaliyyətinin 30 illik hesabat konsertinə hazırlaşan Xalq artisti Aygün Kazımova bütün zamanını məşqlərdə keçirir.

Oxu.Az xəbər verir ki, “ATV maqazin onlarla” verilişinə müsahibə verən müğənni məşqlər zamanı xeyli zədə almasından, bədənində  göyərmələrin olmasından danışıb.

“Əlimdən və ayağımdan zədələr almışam. Bu da normaldır. Etiraf edim ki, bu zədələrdən, bədənimdə olan göyərmələrdən həzz alıram”, - deyə o bildirib.

Bir neçə aydır Heydər Əliyev adına İdman Kompleksində rəqqasları ilə məşq edən Aygün Kazımova, artıq məşqlərini konsertin keçiriləcəyi “Crystal Hall” səhnəsində edir.

“Artıq gecələr də “Crystal Hall”da məşq gedir. Bu səhnə və məkan çox gözəldir. Çox xoşbəxtəm ki, bu yaşımda, yaradıcılığımın bu dövründə sağlam komanda ilə çalışıram. Komandamız isə həddən artıq böyükdür”, - deyə ifaçı vurğulayıb.

30 illik hesabat konsertindən danışan diva  2 sentyabr tarixində bütün arzularını həyata keçirəcəyini etiraf edib: “İllərdir ki, bir arzum var. Səhnədə qanad açıb uçmaq. Bu konsertimizdə bunların hamısı baş tutacaq. Bir etiraf da edim ki, bu konsertə hazır olduğum kimi, heç bir konsertdə bu cür hazırlıqlı olmamışam. Bu sözləri böyük cəsarətlə söyləyirəm”, - deyə A.Kazımova söyləyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri