12 
Sen
2017
14:11
23
272
6579
Virtual karabakh

Aygün Kazımova: Məni mistik qüvvələr izləyir – FOTO

12 Sen, 2017
14:11
6579

Aygün Kazımova: Məni mistik qüvvələr izləyir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Heydər Əliyev adına İdman Sarayında Xalq artisti Aygün Kazımovanın mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, müğənni səhnə fəaliyyətinin 30 illik yubileyinə həsr olunan, sentyabrın 22-də “Crystal Hall”da baş tutacaq konserti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Bildirilib ki, sözügedən layihə üçün milyonlar xərclənib. Qeyd olunub ki, konsert üzərində beynəlxalq layihələrə imza atan əcnəbi komanda çalışır. Konsertin rejissor-xoreoqrafı Redha Benteifour (Fransa), rejissor assistenti Nathalia Vairon (Fransa), xoreoqraf assistentləri Jimmy Vairon (Fransa), Francesca Lavecchia (İtaliya), musiqi rəhbəri Əməkdar artist Rəşad Haşımov, texniki direktor Mübariz Abdullayev, prodüser, lahiyə rəhbəri Şahin Qurbanovdur. İfaçı geyimlərini isə dünyada tanınmış azərbaycanlı modelyer Rüfət İsmayılova həvalə edib.

Müğənni konsertin ayın 22-də keçirilməsi ilə bağlı söyləyib ki, bu ərəfədə həmin rəqəm onun üçün mistik xarakter daşıyır: “Ayın 22-də dostum zəng edərək, xoş olmayan məlumat çatdırdı. Daha sonra digər tanışım Almaniyadan telefonla əlaqə yaradaraq,  məni təbrik etdi. Səbəbini soruşanda dedi ki, Almaniyda villa almısınız. Söylədim ki, bu, yanlış xəbərdir. O, villanın fotosunu göndərdi və bildirdi ki, üzərində “Aygün - 22” yazılıb. Bu da məni təəccübləndirdi. Daha sonra saata baxdım ki, 22:22 dəqiqəni göstərir. Bu minvalla 22 rəqəmi ilə bağlı bir çox hadisələr baş verdi. Sonda bu “22-ləri” topladım, 666 etdi. Düşündüm ki, məni sanki mistik qüvvələr izləyir.

Konsertin 22.08.2017 tarixində keçirilməsi də məhz bununla bağlıdır.  Digər rəqəm – 8 isə mənim uğurlu rəqəmimdir, sonsuzluq deməkdir”.

Xalq artisti tamaşaçıları gözləyən digər sürprizlərdən danışaraq bildirib ki, onunla birlikdə səhnədə gənc reperin debütü də olacaq.

Konsertin texniki direktoru Mübariz Abdullayev bildirib ki, konsertə təkcə 70 ton işıq avadanlığı gətirilib. Bütün avadanlıqların çəkisi birlikdə təxminən 200 tona yaxındır.

“Bu konsert yeganə layihədir ki, “time code” ilə hazırlanıb. Burada hər şey vaxtla tənzimlənib”, -  deyə M.Abdullayev bildirib.

Aygün Kazımova geyimin dəyişdirilməsindən tutmuş rəqslərin nümayiş olunmasına qədər hər şeyin saniyələrlə hesablandığını vurğulayıb.

Aytən Sadıqzadə
Foto: Ehtiram Cəbi
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri