13 
Sen
2017
15:10
25
94
14532
Virtual karabakh

Çılpaq fotosessiya ilə gündəmə gələn azərbaycanlı model ərə gedir – VİDEO

13 Sen, 2017
15:10
14532

Çılpaq fotosessiya ilə gündəmə gələn azərbaycanlı model ərə gedir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ARB Ulduz”un “Şou məkan” verilişinin növbəti qonağı model Nərgiz İsayeva olub.

Oxu.Az xəbər verir ki, çılpaq fotosessiyaları ilə gündəmə gələn model ona qarşı olan tənqidlərə göz yumduğunu və tutduğu yolla arxayın şəkildə irəliləyəcəyini söyləyib.

“Təkliflər kifayət qədər çoxalıb. İnsanların reaksiyası bir qədər pisdir. Amma bu, mənə maraqlı deyil. Mən öz bildiyimi etmişəm, bundan sonra da edəcəyəm. Bu yaxınlarda yeni fotosessiyamı nümayiş etdirəcəyəm. Yeni layihələr də var. Onlar noyabr-dekabr aylarında işıq üzü görəcək. Son çəkilişimizdən sonra məni daha çox insan tanıdı. Küçədə gedəndə hiss edirəm ki, mənə pis baxırlar. Xüsusilə də, qadınlar”, - deyə model vurğulayıb.

Nərgiz İsayeva təklif gələrsə, açıq-saçıq səhnələrə çəkilə biləcəyini də bildirib: “Yəqin ki, hə. Çünki mənim üçün bu, normaldır. Çəkiliş qarşılığında məbləğ nə qədər çox olarsa, o qədər yaxşıdır. Konkret olaraq bəlli bir miqdar fikirləşməmişəm. Mən aktrisalıqla məşğul olmadığım üçün bu işləri, pul məsələsini bilmirəm”.

O, qazancından və sevgi təkliflərindən də söz açıb: “Mən həmişə çəkilişlərdən pul qazanmışam. Ancaq təəssüf ki, bizim ölkədə bu sahə elə də inkişaf etməyib. Çəkilişlərdən sonra sevgi təklifləri çoxalıb, ancaq bu, mənə maraqlı deyil. Çünki mən ailə qurmağa hazırlaşıram. Sevdiyim insan məni bu çəkilişlərimlə qəbul edir. Mənimlə ailə qurmaq istəyir. Hələ ki, toy tarixini dəqiqləşdirməmişik. Bu yaxınlarda nişan olacaq. Sevgilim Türkiyədə yaşayır. Bizi dostlarımız tanış ediblər. Biz tanış olduğumuz zaman mən artıq açıq-saçıq fotosessiyalar etdirmişdim. O, bunu bilirdi və qəbul etdi”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri