13 
Sen
2017
16:23
102
49
6150
Virtual karabakh

“Mercedes-Benz Fashion Week” çərçivəsində İstanbulda “Naz by Rufat Ismayil” debütü olacaq – FOTO

13 Sen, 2017
16:23
6150

“Mercedes-Benz Fashion Week” çərçivəsində İstanbulda “Naz by Rufat Ismayil” debütü olacaq – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 sentyabr, İstanbul, “Zorlu Center”də təşkil olunacaq “Mercedes-Benz Fashion Week” çərçivəsində Türkiyədə yaşayan dünya şöhrətli azərbaycanlı model Rüfət İsmayılın “Naz by Rufat Ismayil” moda evinin geyim kolleksiyasının nümayişi olacaq.

Oxu.Az xəbər verir ki, “Fusion” adlı kolleksiyada 2018-ci ilin yaz-yay mövsümünün geyimləri təqdim olunacaq. “Naz by Rufat Ismayil” moda evinin qadın geyimləri kolleksiyası 1800-cü illərin obrazlarından ilhamlanıb, lakin buraya müasir çalarlar əlavə olunub.

Dəfilədə Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da yer alacaq.

“Naz by Rufat Ismayil” moda evinin kişi geyimləri kolleksiyasını isə kikboks üzrə dünya çempionu Avatar Atakan təqdim edəcək.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri